• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail səsdən sürətli qorxunc raketi Bakıya gətirir - VİDEO

İsrail səsdən sürətli qorxunc raketi Bakıya gətirir - VİDEO
24.09.2018 23:20
25-27 sentyabrda Bakı Expo Mərkəzində "ADEX-2018” sərgisi keçiriləcək. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş etdirəcək.

Publika.az xəbər verir ki, sərgidə İsrailin səsdən sürətli "Rampage” raketinin nümayişi xüsusi diqqət çəkir.

İsrail səsdən sürətli olan "Rampage” raketini yeni yaradıb. Bu raketlər İsrail ordusunun arsenalına gələn il daxil ediləcək. 150 kilometr məsafədəki hədəfi vura bilən raketin döyüş başlığının çəkisi 150 kiloqramdır.

"ADEX-2018” sərgisi hər bir ölkənin və şirkətin öz məhsullarını təqdim etdiyi platforma olsa da, İsrailin ən mühüm raketini Bakıya gətirməsi təsadüfə bənzəmir.

İsrailin yeni yaratdığı dəhşətli özəlliyi ilə seçilən "Rampage” məhsulunu Bakıdakı sərgidə nümayiş etdirməsi gələcəkdə bu raketi başqa ölkələrə də sata biləcəyi deməkdir.

Ehtimallara görə, Azərbaycan gələcəkdə bu raketləri ordumuzun arsenalına daxil edə bilər. Azərbaycan və İsrail arasındakı hərbi əməkdaşlıq bu raketləri əldə etməyə imkan verir.

Bu məqamı gündəmə gətirən Ermənistan mediası işğalçı ölkənin qorxuya düşdüyünü açıq şəkildə ifadə edib.

"İsrail Azərbaycanın əsas silah təchizatçılarındandır, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədədir və Azərbaycan istədiyi silahı İsraildən ala bilər. "Rampage” raketinin Bakıda nümayiş etdirilməsi də təsadüfi deyil”, - deyə "armenianreport” saytı yazıb.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol