• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox yayılan xəstəliklər

Ən çox yayılan xəstəliklər
04.11.2014 22:55

Qeyri-infeksion xəstəliklərdən hər il 36 milyon nəfər ölür

"XXI əsr həyat tərzinin insan sağlamlığına təsiri artıb. Hər il qeyri-infeksion xəstəliklərdən ölənlərin sayı təxminən 36 milyon nəfərdir. Bunların sırasında daha geniş yayılmış ürək-damar, onkoloji, respirator, şəkər xəstəlikləridir."ANN.Az ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bunu “Sağlam Nəsil” İctimai Birliyinin rəhbəri, tibb elmləri doktoru Nigar Kamilova deyib.O, Azrbaycan Milli Elmlər Akademiyasında (AMEA) əhali və ailə sağlamlığının qorunması, möhkəmləndirilməsi probleminə həsr olunmuş “Sağlam Millət-Sağlam Gələcək” adlı konfransda deyib ki, insanın sağlamlıq vəziyyəti yalnız tibbi deyil, həmçinin sosial, iqtisadi və dövlət problemidir. Ümümdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, bir şəkər xəstəsinin müalicəsinə ildə 10-30 min avro, ürək-damar xəstəliyinin müalicəsinə isə 2 mindən 45 minədək avro xərclənir.Birliyin rəhbəri sözügedən şurayla birgə 2009-cu ildən yeniyetmələr, gənclər və ailələrin sağlamlıqlarının qiymətləndirilməsi istiqamətində görülən işləri xatırladıb, AMEA ilə müxtəlif sahələrdəki əməkdaşlıqdan söz açıb.AMEA-nın Həmkarlar İttifaqı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə səmərəli fəaliyyət aparıldığı vurğulanıb, həmin qurumların nümayəndələrinə “Fəxri Fərman” təqdim olunub.Tədbirdə Fəlsəfə və Hüquq İnstitutunun Siyası nəzəriyyələr şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, AMEA-nın Azad Həmkarlar İttifaqının sədr müavini, hüquq elmləri doktoru İsaxan Vəliyev, Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, SEBA Koreya Azərbaycan Şərq təbabəti klinikasının baş həkimi Zərifə Quliyeva, “Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzinin həkimi Günay Zeynalova müasir dövrdə əhali, ailə və qadın sağlamlığı mövzusunda çıxış ediblər.Xatırladaq ki, “Sağlam Nəsil” İctimai Birliyi və “Sağlam Nəsil” Tibbi-Elmi Tədqiqat Mərkəzi tərəfindən təşkil olunan konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol