• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək? - Açıqlama

Bakı İslam Universitetinin tələbələri hara köçürüləcək? - Açıqlama
25.09.2018 12:00
Bakı İslam Universitetinin I kurs tələbələri Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universitetinin boş qalan plan yerlərinə köçürüləcək.

Bu barədə AzVision.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

DİM rəsmisi bildirib ki, ötən gündən başlayaraq tələbələlərlə görüşlər keçirilir: "Bakı İslam Universitetində "Dinşunaslıq” və "İslamşunaslıq” ixtisasları üzrə qəbul aparılırdı. Təklif olunan ali təhsil müəssisələrində isə bu ixtisaslar yoxdur. Tələbələrin ballarına uyğun boş qalan ixtisaslar üzrə yerləşdirilmə həyata keçiriləcək. Yerləşdirmə bitdikdən sonra tələbələr təhsil alacaqları ixtisaslar üzrə təhsil haqqını ödəyəcəklər. Yəni, onlar Bakı İslam Universitetinə ödənilən ödənişi geri götürüb, yenidən oxuyacaqları ixtisas üzrə təhsil haqqı verəcəklər”.

X.Xanlarzadə tələbələrlə görüşün və onların yerləşdirilməsinin bu gün başa çatacağını bildirib. 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi təsisçisi olduğu Bakı İslam Universitetinə qəbulun dayandırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Universitetin I kurs tələbələri digər ali təhsil müəssisələrinə köçürülür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol