• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zivələr yığışdırılır – Polis xəbərdarlıq etdi

Bakıda zivələr yığışdırılır – Polis xəbərdarlıq etdi
25.09.2018 13:43
Nərimanov rayonu ərazisində mərkəzi küçə və prospektlərə baxan balkonlardan zivələrin yığılması davam etdirilir.

Axar.az xəbər verir ki, səhər saatlarında "Nərimanov” metrosu yaxınlığında yerləşən mənzillərin sakinlərinə yol və küçədən görünən asılmış paltarları yığmaları tapşırılıb. Sakinlər bildirib ki, mənzillərə polis əməkdaşları gələrək ipdən asılmış geyimlərin yığılmasını xahiş edib. Geyimlər ipdən yığışdırılsa da, zivələrin yığılması və ya kəsilməsi ilə bağlı heç bir söz deyilməyib.

Sakinlər bildirib ki, zivələr nazirlik əməkdaşları tərəfindən ev sahibinə məlumat verildikdən sonra çıxarılır. Sakinlərə artıq uzun müddətdir ki, alternativ paltar asma qurğularından istifadə etmək məsləhət görülüb.

Bəzi sakinlər yeni qadağaya etiraz etməsələr də, paltarlarını haradan asacaqlarını bilmirlər. Əksər mənzillərdə balkonlar hörülərək evə qatıldığı üçün paltar asmaq üçün nəzərdə tutulan alternativ qurğunu qoymağa yer yoxdur.

Belə olduğu təqdirdə əksər vətəndaşlar yaş paltarlarını evdə qurutmalı olur.

Qeyd edək ki, artıq uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt üzrə bütün icra hakimiyyətlərinə küçə və prospektlərə açılan balkonlardan zivələrin yığışdırılması tapşırığı verib. Bu məqsədlə bütün icra orqanları sakinlərə xəbərdarlıq edərək balkonlardan zivələr yığışdırırlar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol