• $
  • €
  • ₽
  • ₺
  • £

Oteldə öldürülən Ayselin FOTOSU - Qətlin TƏFƏRRÜATI

Oteldə öldürülən Ayselin FOTOSU - Qətlin TƏFƏRRÜATI
25.09.2018 12:43
Dünən Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki oteldə 21 yaşlı qızın öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

Anews.az femida.az-a istinadən bildirir ki, Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucovanın tanışı, 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.

Bildirilir ki, əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Son olaraq onlar dünən Fatmayıdakı yerdə görüşüblər. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə "Oskar" otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Rayon sakinlərinin saytımıza verdiyi məlumata görə,Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb.Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.Məlumata görə,hadisə baş verən günü Aysel Orucova Sabunçu rayonu Pirşağa qəsəbəsində yerləşən "Qala Klub" deyilən məkanda tanışı Nəriman Əliyevlə birgə əyləndikdən sonra "Osqar" adlı otelə gedib.İlkin versiyaya görə,hadisə tamah məqsədi ilə törədilib.Bir uşaq anası olan Aysel Orucova Ucar rayonu,Qaradağlı kəndində dəfn olunub.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol