• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıya Rusiya təcridxanasında işgəncə verilib - VİDEO

Azərbaycanlıya Rusiya təcridxanasında işgəncə verilib - VİDEO
29.05.2020 09:25
Rusiyanın Stavropol bölgəsinin istintaq komitəsi Yarbala Dəmirovun 11 saylı islahedici koloniyada işgəncəyə məruz qalması ilə bağlı dediklərinin əsasında cinayət işi başlatmayıb. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, müstəntiqlər bu məlumatı sübut edəcək faktlar aşkar etməyiblər. 

"Kifayət qədər fakt olmadığı üçün cinayət işinin başlanmasından imtina ilə bağlı qərar qəbul edilib”, - komitədən bildirilib.

Gulagu.net layihəsinin yaradıcısı Vladimir Oseçkinin müraciəti üzrə araşdırmalar aparılıb. Oseçkin deyib ki, iyunun 29-30-da koloniyada Azərbaycan əsilli Dəmirovun sağ ayağını və dişlərini sındırıblar, eləcə də, sol əlinə xəsarət yetiriblər. 

Həmçinin, Dəmirovun işgəncələr barədə danışdığı video yayımlayıb. O deyib ki, birinci gün beş nəfər müxtəlif kabinetlərdə onu dəyənək, çubuq və ayaqla döyüb. Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşları onun kağızı imzalamasını istəyiblər, ancaq Dəmirov bundan imtina edib:

"Mən orada nə yazıldığını bilmirdim, oxumağı və yazmağı bacarmıram”.

Məhbus deyib ki, növbəti gün onu rəisin yanına aparıblar. Orada da beş nəfər tərəfindən döyülüb. 

"Dəyənək, çubuq və ayaqla döyməyə başladılar, deyirdilər ki, indi səni tualetə aparıb, baş üstə ora buraxacağıq. Onlar məni döyən zaman nə edəcəyimi bilmirdim. Üç gün döydülər, sonra imza atdım”, - Dəmirov əlavə edib. 

Sonra məhbus ayağında ağrılar hiss edib və xahiş edib ki, onu həkimə aparsınlar. Əvvəlcə bundan imtina etsələr də, sonra həkim çağırılıb. O deyib ki, penitensiar xidmətin əməkdaşları onu döyüb və bunun üçün rentgen olunmalıdır. 

Bir neçə gün sonra xidmət əməkdaşları onu başqa həkimin yanına aparıblar, həmin tibb işçisi Dəmirovun sağlam olduğu ilə bağlı arayış hazırlayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol