• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda namus cinayəti

Azərbaycanda namus cinayəti
28.05.2020 21:45
Anasının gəzdiyi kişini öldürən yeniyetmə cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Anews.az  "ölkə.az"-a istinadən bildirir ki, qətldə təqsirləndirilən Elvin Qasımov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Məhkəmə qarşısında Elvin Qasımov cavab verib. E.Qasımov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib. İttihama görə, hadisə Beyləqan rayonunda qeydə alınıb. Rayonun Mil kənd sakini Elvin Qasımov özündən 16 yaş böyük Qadir Orucovu qətlə yetirib. O, Qadirə çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib. İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, qətl hadisə namus üstündə törədilib. Mərhum Q.Orucov E.Qasımovun anası ilə qeyri-rəsmi görüşüb. Elvin anasından dəfələrlə Q.Orucovla görüşməməyi tələb edib, əks halda həmin şəxsi öldürəcəyi ilə hədələyib. Lakin ana yeniyetmə oğlunun bu hədələrinə əhəmiyyət verməyib və Q.Orucovla görüşməyə davam edib. Hadisə baş verən günü evə gələn 16 yaşlı yeniyetmə anasına məxsus çarpayıda Q.Orucovun yatdığını görüb. Bundan əsəbləşən yeniyetmə mətbəxdən götürdüyü bıçaqla yatdığı yerdə Qadir Orucova çoxsaylı bıçaq zərbələri vurub. Daha sonra polis şöbəsinə gedərək hadisədə istifadə etdiyi bıçağı polislərə təhvil verib. Məhkəmənin hökmü ilə Elvin Qasımov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol