• $
  • €
  • ₽
  • ₺
  • £

Ölən şagirdin atası danışdı: Ölümün səbəbi...

Ölən şagirdin atası danışdı: Ölümün səbəbi...
27.09.2018 08:52
Goranboy rayonunda 8-ci sinif şagirdi Xəyal Qəhrəmanovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Anews.az-ın trend-ə istinadən məlumatına görə, rayon sakinləri Yeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə "Hell” enerji içkisinin səbəb olduğunu iddia ediblər: "Xəyal Qəhrəmanov idmana gedirdi. Onun yarışa girməzdən əvvəl "Hell” içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də vardı”.

Yeni kənd orta məktəbindən bildirilib ki, Xəyal Qəhrəmanov xəstəxanada müalicə olunub: "Bir müddət xəstəxanada yatdı, tromb (damarlarda əmələ gələn qan laxtası) xəstəsi idi. Onun "Hell” içkisindən dünyasını dəyişməsi inandırıcı deyil. O qədər "Hell” içənlər var ki...”

Mərhumun atası Vaqif Qəhrəmanov da oğlunun ölümünün "Hell”lə heç bir əlaqəsinin olmadığını deyib: "Xəyal xəstə idi. Ayaqlarında tromb vardı. İdmana gedirdi. Güləşi, qaydasız döyüş idman növlərini sevirdi. Gələcəkdə idmançı olacaqdı. Amma xəstəlik imkan vermədi. Dəfələrlə müalicə olundu. 40 gün ölümlə mübarizə apardı. Həkimlər ayağa durmağa, gəzməyə icazə vermirdi. Əməliyyat olunmalıydı. Gah temperaturu yüksəlirdi, gah da qan durulurdu. Bir də baxdıq ki, Xəyal yoxdur. Belə olan halda "Hell” harada içdi? Analizin cavabı da evdədir”.

Qeyd edək ki, X.Qəhrəmanov bir neçə gün əvvəl xəstəxanada ölüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol