Bu qurum nələrə cavabdehdir? - Allahyarova

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Bakı Nəqliyyat Agentliyi və üstəlik, Bakı Bus MMC - üçü birlikdə ölkənin kifayət qədər problemli və heç bir şəkildə düzəlməyən nəqliyyat sektoruna məsul olan qurumlardır. Hər qurumun özünün ayrıca səlahiyyəti olsa da, xüsusilə jurnalistlər bunu haqlı olaraq qarışdırırlar. Hələ də bir çoxlarına hansı qurumun konkret olaraq hansı səlahiyyətləri daşıdığı məlum deyil.
Axar.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova jurnalistlərin sorğu göndərərkən yanlışlığa yol verməməsi üçün məsul olduğu qurumun səlahiyyətlərinə aydınlıq gətirib.
N.Allahyarova bildirib ki, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti bütün ölkə üzrə aşağıdakılara cavabdehdir:
"Konkret desək, avtomobil nəqliyyatı ilə ölkə üzrə sərnişin və yük daşımaları sahəsində tədbirlər görülməsinə, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, eləcə də bu daşımaları yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən qaydalara riayət olunmasına, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilinə və bu sahədə dövlət sifarişinin formalaşdırılmasının təmin edilməsinə nəzarəti və tənzimlənməni həyata keçirən qurumdur.
Eləcə də avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinin fərqləndirmə nişanları ilə təmin edilməsinə və bu sahədə aidiyyəti dövlət orqanı ilə birlikdə müvafiq normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət edir.
Ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini həyata keçirmək və bu sahədə müvafiq tələblərə və şərtlərə əməl olunmasına nəzarət edir. Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən edir.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələri, o cümlədən rübdə bir dəfə həmin avtonəqliyyat vasitələrinin texniki yoxlanılmasını təşkil edir”.
N.Allahyarova bildirib ki, DANX həmçinin taksi minik avtomobilləri ilə sərnişin daşınması qaydalarına əməl olunmasına da nəzarət edir, müəyyən olunmuş qaydada avtobus və taksi minik avtomobili dayanacaqlarının, həmçinin avtovağzalların (avtostansiyaların) pasportlaşdırılmasını həyata keçirir:
"Avtovağzalların göstərdikləri xidmətlərin səviyyəsinin uyğunluğuna nəzarət edir, sərnişin və yük daşımaları qaydalarını pozan avtonəqliyyat vasitələrini saxlayaraq, qanunvericilikdə nəzərdə tutulan hallarda öz xidməti vəzifələrini yerinə yetirmək üçün avtomobil nəqliyyatının infrastruktur obyektlərinə daxil olmaq və zəruri sənədlərlə tanış olur, xidmətin fəaliyyət istiqamətləri üzrə peşəkar kadr və mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması işini təşkil edir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























