• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış azərbaycanlı rejissor vəfat etdi

Tanınmış azərbaycanlı rejissor vəfat etdi
27.09.2018 13:03
İran kinosu və televiziyasının tanınmış rejissoru və xüsusilə İran Azərbaycanında türk dilində nümayiş etdirilən Saray və Dəli Dümrül filmləri ilə tanınan Yədulla Səmədi sentyabrın 25-də vəfat edib.

BiG.AZ "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, 66 il əvvəl İran Azərbaycanının qədim şəhəri Marağada dünyaya gələn Yədulla Səmədinin çəkdiyi bir çox kino-filmin mövzusu türk dili və mədəniyyəti, həmçinin Azərbaycan vilayətlərində baş verən olaylara həsr edilib.

Rejissorun 1986-cı ildə çəkdiyi ‘Avtobus’ kinofilmi o dövrün ən çox satılan filmlərindən olub. İran Azərbaycanının kəndlərində iki tayfa arasındakı qarşıdurmanı təsvir edən Avtobus filminin hekayəsi əslində Səfəvilər dönəmindən bəri davam edən "Heydəri-Neməti" münaqişəsinin bir təmsilidir.

Avtobus filmindən 3 il sonra çəkilən ‘Savalan’ filminin hekayəsi də İran Azərbaycanında baş verən olaylara dayanır. Filmin baş qəhrəmanı Koroğlu Savalan kəndinin əhalisini basqınçıların hücumundan qoruyur.

Urmiyə Aşıq Məktəbinin iki böyük ustadı Aşıq Dərviş və Aşıq Yusuf Ohanes müvafiq olaraq ‘Avtobus’ və ‘Savalan’ filmlərində rol alıb və mahnı ifa ediblər.

Rejissorun 1994 və 1997-ci illərində çəkdiyi ‘Dəli Dümrül’ və ‘Saray’ filmləri İran Azərbaycanında türk dilində, ölkənin digər bölgələrində isə fars dilində nümayiş olunub.
‘Saray’ filminin musiqisini məşhur genyli sənətkar Aşıq Çəngiz Mehdipur bəstələyib.

Mərhum Səmədinin rejissoru olduğu ‘Təkəmçi’ adlı televiziya filmi isə İranda türk kimliyinin aşağılanması və türklərin paytaxt Tehranda lağa qoyulmasını təsvir edir.

Yədulla Səmədinin digər əsərlərinin böyük qismi komediya filmlərindən ibarətdir. O həmçinin İslam İnqilabı və İran-İraq müharibəsi mövzusunda filmlər çəkib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol