“Yeni sənaye zonaları yaradılacaq” - Nazir müavini

Azərbaycanda yeni sənaye zonaları yaradılacaq.
Bunu AzVision.az-a açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Nazir müavininin sözlərinə görə, Azərbaycanda sənaye zonalarının yaradılması Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biridir:
"Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri uğurla davam edir və yaxın zamanlarda işlər yekunlaşacaq. Həmçinin, Sabirabad Sənaye Məhəlləsində tikinti işlərinə başlanılır. Hər iki sənaye məhəlləsində sahibkarlarla danışıqlar aparılır. Bir sıra sahibkarlıq subyektləri iştirakçı kimi qeydə alınıb".
N. Səfərov vurğulayıb ki, yeni sənaye zonalarının yaradılması ciddi iqtisadi təhlil və qiymətləndirmə tələb edir: "Azərbaycanın bir neçə iqtisadi regionu üzrə bu işlərə başlamışıq, müvafiq dövlət qurumları ilə müzakirələr aparılır".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























