• $
  • €
  • ₽
  • ₺
  • £

Ovu qadağan edilən balıq növləri açıqlandı

Ovu qadağan edilən balıq növləri açıqlandı
28.09.2018 17:00
2018-ci ilin yanvar ayından bu günə kimi Xəzər dənizinin Azərbaycana aid hissəsində və daxili su hövzələrində 10 hüquqi və 126 fiziki şəxs üçün 1087 ton kilkə, 88.7 ton siyənək və 397.1 ton axçalı balıqların ovuna  ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən kvotalar ayrılıb və balıqovlama biletləri verilib.

Oxu.Az-ın məlumatına görə, bunu nazirlikdə  keçirilən mətbuat konfransında nazirliyin əməkdaşı Suqra İbrahimli deyib.

Onun sözlərinə görə, sənədləri qaydasında olmadığı üçün iki fiziki şəxsə etiraz olunub:

"Balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən, balıq və digər su bioresurslarının ovuna kvota ayrılması və  balıqovlama biletinin verilməsi proseduru iki mərhələdən ibarətdir.

Birinci mərhələdə kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir.

Eyni zamanda, mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir.

Qeyd edək ki, ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xariçi vətəndaşlar üçün məbləğ iki dəfə artıqdır”.

O bildirib ki, Azərbaycan Respublikasının "Qırmızı kitab”ına düşən dəniz sıfı, poru balığı, qaya balığı (kələmo), qızıl xallı balıq (farel), Xəzər qızıl balığı, qılınc balıq, zərdəpər, xəzər şirbidi, şirvan külməsi kimi balıq növlərinin, eyni zamanda, nərə cinsli balıqların ovu qadağan edilib:

"Bu qaydaların və qadağaların sənaye balıq ovu ilə məşğul olan şəxslər tərəfindən nəzərə alınması vacibdir və hesab edirik ki, hər bir balıqçı su bioresurslarının qorunmasına və mühafizəsinə məsuliyyətlə yanaşaraq, onların qaydalar çərçivəsində ovlanmasına əməl edəcək”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol