• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədəki qasırğa Azərbaycana da GƏLİR? - Umayra Tağıyeva AÇIQLADI

Türkiyədəki qasırğa Azərbaycana da GƏLİR? - Umayra Tağıyeva AÇIQLADI
29.05.2020 08:19
"Orta troposferdə bərqərar olmuş axınla hər hansı hava kütləsi ölkə ərazisinə daxil ola bilər. Lakin sinoptik xəritələrin təhlili onu göstərir ki, hazırda Türkiyədə hava şəraitində gözlənilən dəyişiklik Azərbaycan ərazisinə öz təsirini göstərməyəcək”.
Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva həftəsonu Türkiyə ərazisinə müşahidə ediləcək qasırğanın Azərbaycan üçün təhlükəsindən danışarkən deyib.
U.Tağıyeva yaxın günlərdə hava şəraitində ciddi bir dəyişikliyin olmayacağını bildirib:

"Türkiyədə hava şəraitinin dəyişdiyi halda oxşar prosesin Azərbaycanda da müşahidə edilməsi mütləq deyil. Lakin buna baxmayaraq Türkiyədən Aralıq dənizi siklonlarının Azərbaycana yaxınlaşması və hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Yaxın günlər ərzində isə hava şəraitində mühüm və ciddi dəyişikliklər gözləmirik. Havanın teperaturu iqlim norma daxilində tərəddüd edəcək. Əsasən, cənub istiqamətli mülayim külək əsəcək. Sentyabrın 30-u axşama doğru şimal küləyi ilə əvəz olunacaq. Ölkə ərazisində yaxın iki gün ərzində təhlükə yarada biləcək hidrometeoroloji hadisə gözlənilmir. Bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında qısa müddətli yağış yağacaq. Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək”.
Qeyd edək ki, hidrometeoroloqlar həftəsonu Türkiyəyə Aralıq dənizindən daxil olacaq hava şəraiti ilə əlaqədar olaraq qasırğa müşahidə ediləcəyi ilə bağlı xəbərdarəq edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol