Bakıda kameralara mindən artıq avtomobil düşüb

Bakı şəhərində təyin edilmiş müddət ərzində avtomobilini texniki baxışdan keçirməyən mindən artıq sürücü ilə bağlı elektron qaydada inzibati protokol tərtib edilib.
Bu barədə "Trend”ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Qeyd edək ki, minik avtomobilləri 1 may - 31 iyul tarixləri aralığında texniki baxışdan keçməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.
Texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























