• $
  • €
  • ₽
  • ₺
  • £

Polis idarəsindəki ölümlə bağlı daha bir - VIDEO

Polis idarəsindəki ölümlə bağlı daha bir - VIDEO
01.10.2018 08:55
Qazax Rayon Polis Şöbəsində öldüyü deyilən Elmir Axundovun bacısı Ülviyyə Axundova videomüraciət yayıb.

Anews.az sputnik.az-a istinadən xəbər verir ki, Ülviyyə Axundova qardaşı Axundov Elmir Mirzə oğlunun ölümü ilə bağlı sentyabrın 28-də "Youtube” kanalında çıxış etdiyini və bu çıxışının bəzi müxalif qüvvələr tərəfindən siyasi məqsədlər üçün istifadə edildiyini bildirib.

Mərhumun bacısı qeyd edib ki, hazırda qardaşının ölümü hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır. O, 20 ildir YAP-ın üzvü olduğunu, müəllimə işlədiyini, polisə və qanunlara inandığını, qardaşının ölüm səbəbinin obyektiv araşdırılacağına əmin olduğunu bəyan edib.

Ülviyyə Axundova qardaşının ölümünə heç bir siyasi don geyindirməməyi, insanların acı və kədərinə hörmətlə yanaşmağı xahiş edib.

Xatırladaq ki, Elmir Axundovun Qazax Rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, istintaq zamanı, həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol