Bakıda avtobusları qadınlar sürməyə başladı – VİDEO

Bakıda ilk dəfə olaraq sərnişin avtobuslarına qadın sürücülər dəvət olunacaq.
BAKU.WS xəbər verir ki, "Xaliq Faiqoğlu” MMC ilk dəfə olaraq ictimai nəqliyyatda sürücü kimi işləmək istəyən xanımları əməkdaşlığa dəvət edir.
Şirkət tərəfindən qadın sürücülərlə bağlı maraqlı video hazırlanıb. Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, "D” sürücülük kateqoriyası olan və avtobus sürücüsü kimi işləmək istəyən qadınlar [email protected] e-mail ünvanına cv yollaya və ya Mir Cəlal küçəsi 1D ünvanında yerləşən ofisimizə birbaşa müraciət edə bilər.
Nəzərinizə çatdırmaq istəyirik ki, yeni sürücülər üçün müvafiq təcrübə proqramları təşkil ediləcək. İşə qəbul ediləcək qadın sürücülər 8 saatlıq iş rejimində fəaliyyət göstərəcək və "EURO 5” standartlı müasir avtobusları idarə edəcək.
Bir çox ölkələrdə, eləcə də qonşu dövlətlərdə ictimai nəqliyyat sistemində qadın sürücülər kifayət qədərdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























