• $
  • €
  • ₽
  • ₺
  • £

Akif Çovdarovu yenidən məhkəməyə verdilər

Akif Çovdarovu yenidən məhkəməyə verdilər
28.05.2020 22:13
Həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və onun keçmiş işçisi, polkovnik Səlim Məmmədov məhkəməyə verilib.

Anews.az-ın report-a istinadən məlumata görə, həmin şəxslərin cinayət işində zərərçəkmiş qismində tanınan, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Neman Kərimov bu dəfə onlarla bağlı məhkəmə müraciət edib.

N.Kərimov A.Çovdarov və S.Məmmədovun barəsində mülki qaydada Xəzər Rayon Məhkəməsinə iddia irəli sürüb.

Belə ki, o, general və polkovnikdən 216 min manat dəyərində həm mənəvi, həm də maddi təzminat tələb edib.
 
Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Kərimovun iddiası təmin edilməyib.

Qeyd edək ki, 2015-ci ildə həbs edilən A.Çovdarov və S.Məmmədovun ittiham aktına əsasən, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov "Elit" otelində iki qızla qalarkən MTN əməkdaşları basqın edib və onları nazirliyə aparıblar. Nazirliyin inzibati binasında isə ona Sevinc Rüstəmovaya 30 min manat borcu olduğunu deyiblər.

Daha sonra MTN əməkdaşları N.Kərimovu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib və 80 min manata razılaşıblar. N.Kərimovun dayısı Zakir Mövsümov 80 min manat pul gətirərək, MTN zabitlərinə verib və onu buraxıblar.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol