• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla və Arzu Əliyeva mükafatlandırma mərasimində

Leyla və Arzu Əliyeva mükafatlandırma mərasimində
01.10.2018 13:53
Sentyabrın 30-da Bakı Media Mərkəzində Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış və Mədəniyyət Nazirliyinin "Söz” ədəbi layihəsi çərçivəsində Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimləri keçirilib.

Unikal.org xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva mərasimlərdə iştirak ediblər.

Festivalın bağlanışı mərasimində "Mərhaba!” ədəbi-musiqili tamaşa təqdim olunub. Ecazkar musiqi, tamaşanın plastik həlli və əlbəttə ki, Nəsiminin qiymətli kəlamlarının aktyorların ifasında məharətlə səsləndirilməsi şairin tükənməz poetik dünyasını bir daha təcəssüm etdirib. Mütəfəkkir şairin qəzəllərindən səsləndirilən "Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba”, "Mənəm ol tilsimi-pünhan ki, bu gün cahanə gəldim” və digər misralar hər kəsi bir daha Nəsimi şeiriyyətinin təsirinə salıb, insan, həyat, həqiqət axtarışı haqqında düşüncələrə dalmağa sövq edib.

Sonra Mədəniyyət Nazirliyinin "Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr etdiyi ədəbi müsabiqənin qalibləri – Tahirə Məmmədova, Mehman Rəsulov, Rüstəm Tofiq, habelə ən gənc iştirakçı Aysel Babayeva və Mehriban Səttarova mükafatlandırılıblar.

Mükafatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.

Qeyd edək ki, müsabiqə gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə həyata keçirilib. Ədəbi yarışa 90-dək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə onlardan 17-si final mərhələsinə qalıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının keçirildiyi dörd gün ərzində Bakıda və Şamaxıda ölməz şairin ruhunu və yaradıcılığını yaşadan, incəsənət və mənəviyyatı tərənnüm edən müxtəlif tədbirlər-sərgilər, mühazirələr, ədəbi-bədii gecələr, musiqili kompozisiyalar və s. təşkil olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol