• $
  • €
  • ₽
  • ₺
  • £

Qatarla toqquşan avtobusun sahibi Ziya Məmmədovun YAXINI İMİŞ

Qatarla toqquşan avtobusun sahibi Ziya Məmmədovun YAXINI İMİŞ
01.10.2018 16:29
Xəbər verdiyimiz kimi, bu gün saat 14:35 radələrində Bakının Binə qəsəbəsi ərazisində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə qatar toqquşub.

Unikal.org 160 saylı avtobus xəttinin hansı daşıyıcı şirkətə məxsus olmasını araşdırıb.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, 160 saylı avtobus "Ayşən LTD" MMC-yə məxsusdur.

160 saylı avtobus sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi tanınan "Ayşən LTD" MMC-nin direktoru İradə Əliyevadır. Ayşən LTD" MMC-yə məxsus digər avtobus xətləri də mövcuddur. Mətbuatda dəfələrlə bu şirkətə məxsus avtobus sürücülərinin kobud şəkildə qayda pozmaları ilə bağlı məlumatlar qeyd olunsa da, nədənsə, bu günə kimi heç bir tədbir görülməyib. Təkcə ötən il ərzində bu şirkətə məxsus bir neçə avtobus qəza törədib. 

Misal üçün, 17.07.2016-cı il tarixində "Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtobus və "Shacman” markalı yük maşınının iştirakı ilə ağır yol nəqliyyat hadisəsi olub. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 7 marşrut xətti məhz "Ayşən LTD" MMC-yə məxsusdur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol