• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: Aparıcıların yaradıcılıq potensialı tükənib

MTRŞ: Aparıcıların yaradıcılıq potensialı tükənib
04.11.2014 09:24
Ötən gün ANS-in efirində müğənni Təranə Qumral və Nazəninin bir-birinə qarşı səsləndirdikləri fikirlər ölkə gündəminin əsas mövzusuna çevrilib. Kimin haqlı, kimin haqsız olması müzakirə edilərkən, biz məsələnin başqa bir tərəfini araşdırdıq. ANN.Az-ın publika.az-a istinadən verdiyi məlumata görə, tərəflərin bir-birinə qarşı səsləndirdikləri ittihamlar, təhqir dolu ifadələr birmənalı qarşılana bilməz. Elə qarşılanmadı da. Təhqir edənin cəzalandırılması ilə hüquq mühafizə orqanları məşğul olacaq. Biz isə efirdə bu cür mövzuların işıqlandırılmasına nə qədər ehtiyac olmasını və bu cür verilişlərlə bağlı hər hansı inzibati tədbirlərin görülüb-görülməməsini araşdıracağıq.Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyevin sözlərinə görə, ictimai əhəmiyyəti olmayan verilişlərin hazırlanması televiziya aparıcılarının, verilişləri hazırlayanların yaradıcılıq potensialının tükəndiyini göstərir.“Televiziya əməkdaşları bir-iki mövzu tapıb, onlar da müğənnilərin dedi-qodu söhbətləri, ailə-məişət problemlərindən kənara çıxa bilmir. Onlar cəmiyyətə geniş diapazonda baxa bilmirlər. Cəmiyyətdə elm, təhsil və s. sahələrdə uğur qazanan yetərincə insan var. Lakin televiziyalar 5-6 müğənni tapıblar, hər səhər və axşam onları efirə çıxarırlar. Sadə vətəndaş olaraq mən də  bu cür verilişlərin əleyhinəyəm. Həmin verilişdə elə fikirlər səsləndirildi ki, onlar ciddi istintaq araşdırması tələb edir. Həmçinin qarşılıqlı təhqiredici ifadələr də işlədildi. Bununla bağlı tərəflər qanun çərçivəsində müvafiq qurumlara müraciət edə bilərlər. Lakin Şura televiziyaların yaradıcılıq məsələlərinə müdaxilə edə bilmir. Televiziyaların yaradıcılıq məsələsinə müdaxilə etmək bizim səlahiyyətimizə daxil deyil”.Şura rəsmisi onu da bildirib ki, ailə-məişət problemlərinə, münaqişələrə efirdə geniş yer ayrılması cəmiyyətə təsirsiz ötüşmür:“Televiziyaların təkrar-təkrar münaqişələri işıqlandırması, ictimai  əhəmiyyət kəsb etməyən, reytinq naminə belə verilişlərin yayımlanması düzgün deyil. Televiziya Şurasının bu məsələyə müdaxilə etmək səlahiyyəti qanuniləşsəydi, mən bu tip verilişlərin bağlanmasının tərəfdarı olardım”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol