Qatarla toqquşan marşurut xəttinin sahibi DANIŞDI

Dünən Bakının Binə qəsəbəsində qatarla toqquşan "Ayşən" MMC-ə məxsus 160 saylı marşrut avtobusunun sahibi İradə Əliyeva baş verənlərə belə münasibət bildirib.
İ.Əliyeva Unikal.org-a baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini deyib: "Özüm yaxşıyam. Məni narahat etməyin. Baş verən hadisəyə münasibət bildirmək istəmirəm. Bakı Nəqliyyat Agentliyi jurnalistlərin suallarını cavablandırır. Baş verən hadisə ilə bağlı, sizə də məlumat lazımdırsa, Bakı Nəqliyyat Agentliyinə müraciət edin”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev Unikal.org-a deyib ki, qəzadan sonra daşıyıcı şirkətə xəbərdarlıq olunub: "Hələlik baş verən hadisə ilə bağlı araşdırma gedir. Son qərar veriləcək. Daşıyıcının xəttən uzaqlaşdırılıb-uzaqlaşdırılmaması araşdırmanın nəticəsindən sonra məlum olacaq”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























