Sərnişin avtobusu ilə minik avtomobili toqquşdu

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Anews.az report-a istinadən verir ki, Zaqulba yolu ilə Bilgəh qəsəbəsi istiqamətində hərəkətdə olan "10-TH-113" dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusu qarşıda gedən "90-DN-376" dövlət qeydiyyat nişanlı "Mercedes"lə toqquşub.
Nəticədə "Mercedes"də olan 1994-cü il təvəllüdlü Sarıyev Mərhəmət Məhəmməd oğlu xəsarət alıb.
Avtobus sürücüsünün bildirdiyinə görə, qarşısında hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü sükan arxasında yatmış vəziyyətdə olub və qəza bu səbəbdən baş verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























