Şirkətlər Qrupu Avropada daha 3 tələbənin təhsilinə dəstək oldu

Təhsilə dəstək, savadlı və xüsusi istedadlı gənclərin
yetişdirilməsi, onların qayğı ilə əhatə olunması və inkişafı "Veysəloğlu” şirkətlər
qrupunun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasında özünün
prioritetliyini qoruyub saxlamaqdadır.
Bakalavr təhsilini xüsusi fərqlənmə ilə bitirən tələbələrin
seçimini aparan şirkətlər qrupu onların xaricdə təhsil alaraq, beynəlxalq təcrübə
qazanmaları üçün lazımi köməkliyi göstərməkdə davam edir.
"Veysəloğlu” qrup Avropanın nüfuzlu universitetlərindən
olan Turin Politexnik Universitetinin
(Politecnico di Torino) neft və mədən mühəndisliyi ixtisası üzrə magistr
təhsili alması üçün 3 istedadlı gəncə - Əlirza Orucov, Qasım Əlicanov və Cavid
Salmanova dəstək olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























