• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatdan yeni doğulan uşaqlarla bağlı şok statistika

Deputatdan yeni doğulan uşaqlarla bağlı şok statistika
29.05.2020 04:09
Azərbaycanda hazırda təxminən 600 minə yaxın əlil varsa, onun 10 faizi uşaqlardır. Bu məsələnin kökündə savadsızlıq dayanır.Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.H.Rəcəbli ailə problemlərinin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayaraq, son 5 ildə parlamentdə Ailə Məcəlləsinin bir neçə maddəsinə əlavə və dəyişikliklər edildiyini bildirib: "Yalnız bir maddə daha çox diskussiyalara məruz qalıb ki, bu da nikaha girən cütlüyün mütləq tibbi müayinədən keçməsi məsələsidir. Azərbaycanda ildə təxminən 170 min uşaq dünyaya gəlir. Cütlüklər nikaha girərkən xəstəliklərini bilməyəndə, onların övladları da xəstə doğulur.Əgər cütlüklər xəstəlik daşıyıcısıdırsa, onlar nikaha girəndən sonra övlad da mütləq xəstə doğulacaq. Burda çətinlik yaradan məsələ qızın və oğlanın səhhəti barədə məlumatın yayılmamasıdır. Bu baxımdan beynəlxalq müqavilələrdə sağlamlıq haqqında qızın oğlana və ya oğlanın qıza məlumat verməsi qadağan olunub. Amma Türkiyə və digər ölkələrin qanunlarında da nikaha girən oğlan və qız öz sağlamlığı haqqında bir-birlərini məlumatlandırırlar”.H.Rəcəbli doğuş zamanı ana və ya uşaq ölümləri barədə də danışıb, yeni doğulan uşaqların talassemiya və hemofiliya xəstəlikləri ilə doğulduğunu qeyd edib:“Burada Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin xüsusi sənədləri var. Azərbaycanda hər il 200 uşaq talassemiya, 300 uşaq isə hemofiliya xəstəliyi ilə doğulur.Bunun  fəsadları ağır olur, əlilliyə gətirib çıxarır. Bu gün elmi-texniki tərəqqi o qədər inkişaf edib ki, insan öz səhhətini müayinə etdirməklə, dünyaya sağlam övlad gətirə bilər”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol