• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı balıqçılar cərimələnir? – Nazirlik açıqladı

Hansı balıqçılar cərimələnir? – Nazirlik açıqladı
03.10.2018 16:42
Nazirliyin mütəmadi olaraq icazəsiz balıq ovlayanlarla bağlı keçirdiyi reydlər, balıqçıların cərimələnməsi bir qədər çaşqınlığa səbəb olub. Çoxlarını maraqlandıran əsas məsələ isə qadağaların və cərimələrin hansı balıq ovçularına aid edilməsidir.

Maraqlıdır, balıq ovu ilə məşğul olan hər kəs müvafiq sənəd əldə etməlidir? Kimlər balıq tutmaqda sərbəstdir və onlara heç bir qadağa tətbiq edilmir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-ın suallarına cavab olaraq bildirilib ki, həvəskar şəkildə balıqçılıq etmək üçün heç bir sənəd tələb edilmir. Bu işlə həvəskar formada məşğul olan insanlara nazirlik qadağa tətbiq etmir:

"Azərbaycanın "Qırmızı kitab”ına düşən dəniz sıfı, poru balığı, qaya balığı (kələmo), qızıl xallı balıq (farel), Xəzər qızıl balığı, qılınc balıq, zərdəpər, Xəzər şirbidi, Şirvan külməsi kimi balıq növlərinin, eyni zamanda nərə cinsli balıqların ovu qadağandır. Bu qaydaların və qadağaların sənaye balıq ovu ilə məşğul olan şəxslər tərəfindən nəzərə alınması vacibdir.

Hər bir balıqçı su bioresurslarının qorunmasına və mühafizəsinə məsuliyyətlə yanaşaraq, onların qaydalar çərçivəsində ovlanmasına əməl etməlidir. Ümumilikdə isə sənaye ovu ilə məşğul olan hər kəsin xüsusi icazə sənədi olmalıdır. Balıq və digər su bioresurslarının sənaye ovuna kvota və balıqovlama biletinin alınması balıqçılıq haqqında qanunvericiliklə tənzimlənir. Ancaq bunun həvəskar şəkildə balıq tutan şəxslərə aidiyyəti yoxdur”.

Nazirlikdən bildirilib ki, nazirliyin apardığı tədbirlər sənaye balıq ovu ilə məşğul olanlarla bağlıdır:

"Əgər əməkdaşlarımızın keçirdiyi reydlərdə ictimaiyyət nümayəndələri, media təmsilçiləri də iştirak etmək istəyərsə, bunun üçün heç bir maneə yoxdur və arzu edənləri bu tədbirlərdə iştiraka dəvət edirik”.

Nazirlikdən həmçinin bildirilib ki, balıq və digər su bioresurslarının sənaye ovuna kvota ayrılması və balıqovlama biletinin verilməsi proseduru 2 mərhələdən ibarətdir:

"1-ci mərhələdə, kvota alınması üçün balıqçılıqla məşğul olan hüquqi və fiziki şəxslər ərizə formasını doldurmalı, ov ediləcək yerləri göstərməli, kvotanın balıq növləri üzrə bölgüsünü və ov alətlərinin briqadalar üzrə bölgüsünü göstərməlidir. Mülkiyyətində və icarəsində olan gəmi və ya qayığa istifadə hüquqlarını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti əlavə edilir və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə təqdim olunur. Kvota ayrılmasına razılıq verildikdən sonra kvotanın dəyəri departamentin bank hesabına ödənilir.

Ödənişin məbləği hər balıq növü üzrə ayrıca hesablanır. Xariçi vətəndaşlar üçün məbləğ 2 dəfə artıqdır.

2-ci mərhələdə, artıq kvotanı almış balıqçı mütləq qaydada ETSN-in http:/www.eco.gov.az rəsmi saytının elektron xidmətlər bölməsindən "Sənaye balıq ovuna balıqovlama biletlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” bəndində göstərilən ərizə formasını doldurur, tələb olunan sənədləri əlavə edir və 5 gün müddətində balıqovlama bileti alır. Əgər hər hansı balıqçı balıqovlama biletinin alınması ilə bağlı çətinliklə rastlaşarsa, Departamentimizə və ya Nazirliyin "168” nömrəli qaynar xəttinə müraciət edə bilər. Bütün prosedur şəffaf şəkildə elektron qaydada həyata keçirilir, hazırda balıqovlama bileti almaq istəyən şəxslər üçün heç bir maneə yoxdur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol