• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da yeni islahatlar

AMEA-da yeni islahatlar
03.11.2014 17:21
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktoranturaya qəbulla bağlı yeni islahatlar aparacaq. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri Nuridə Quliyeva APA-ya açıqlamasında deyib ki, doktorantura pilləsi üzrə növbəti illərdə islahatların aparılması mütləqdir. Onun sözlərinə görə, cəmiyyət inkişaf etdiyi üçün islahatlara hər an ehtiyac var. N.Quliyeva qeyd edib ki, bu islahatlar zamanla aparılacaq: “Düşünürəm ki, doktoranturaya hazırlıq mərhələsi olmalı və alimlər alimlik pilləsinə - doktoranturaya gəlmədən öncə hazırlıq kursu keçməlidir. Bu hazırlıq kursu bir neçə ay və ya il ərzində davam edə bilər. Alim doktoranturaya gəlmədən öncə buna hazırlaşmalıdır. Onlar hazırlıqlı olub sonradan doktoranturaya gəlməlidirlər”. Şöbə müdiri qeyd edib ki, hazırda AMEA-nın elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları  keçirilir: “İmtahanlar çox uğurla davam edir, alimlərin elmə marağı yüksəkdir və hazırlıqlıdırlar. Ümumilikdə, doktoranturaya qəbul imtahanları noyabrın birinci ongünlüyündə bitəcək. İmtahanlar bitəndən sonra elan edəcəyik ki, AMEA-nın artıq  bu il üçün nə qədər doktorantı var”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol