Azərbaycanda 4 nəfərin öldüyü ağır qəzanın görüntüləri - VİDEO

Bərdə rayonunda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Mehdili kəndi ərazisində olub.
"KamAZ" markalı yük avtomobili ilə "VAZ-21011" maraqlı minik avtomobili toqquşub və nəticədə 4 nəfər ölüb.
Qəza nəticəsində "Jiquli"nin Goranboy rayon sakinləri olduğu ehtimal edilən sürücüsü, həmçinin maşında olan iki qadın və bir uşaq həyatını itirib.
Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
"Shagman"ı Nuriyev Raqif Səxavət oğlu idarə edib.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində araşdırma aparılır.
.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























