• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan viza qaydalarını dəyişdi

Azərbaycan viza qaydalarını dəyişdi
04.10.2018 11:30
Nazirlər Kabineti "Viza blankının doldurulması Qaydası”nın, "Viza almaq üçün ərizə-anket”in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” qərarlara dəyişiklik edib.

Oxu.Az-ın xəbərinə görə, müvafiq sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Dövlət Miqrasiya Xidməti bundan sonra Azərbaycan Respublikasında 10 gün deyil, 15 gündən artıq müvəqqəti olan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması üçün müraciət və sənədləri qəbul edəcək.

Bundan əlavə, viza almaq üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin təmsil etdiyi ölkənin və ya beynəlxalq təşkilatın rəsmi notası və ya Azərbaycan Respublikasının müvafiq qurumlarının vəsatəti deyil, əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti tələb olunacaq. Bu sənəd tranzit və turizm vizalarına şamil olunmur.

Həmçinin Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda, həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti, dəvətin səbəbini təsdiq edən sənəd tələb olunacaq (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur).

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol