• $
  • €
  • ₽
  • ₺
  • £

“Tək balam idi, getdi...” - Qatar qəzasında ölən Yusifin atası

“Tək balam idi, getdi...” - Qatar qəzasında ölən Yusifin atası
04.10.2018 10:08
İki gün öncə qatarla avtobusun toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusif Dadaşzadə artıq dəfn olunub.

Anews.az xəbər verir ki, "qafqazinfo” Yusifin oxuduğu məktəbə və yaşadığı evinə baş çəkib. 218 saylı məktəbin foyesində mərhumun xatirəsinə hörmət əlaməti olaraq fotosu qoyulub və şagirdlər bu guşənin önünə qərənfillər qoyurlar.

Məktəbdə dərslər əvvəlki kimi davam etsə də, Yusifin sinif yoldaşları və müəllimləri üçün heç nə əvvəlki kimi deyil. Onlar sevimli məktəb yoldaşlarının yoxluğunu hər an hiss etdiklərini deyirlər.

Parta yoldaşı Elnurun sözlərinə görə, Yusif bütün dərslərinə maraqla yanaşıb, ən çox biologiya və Azərbaycan dili dərslərini yaxşı oxuyub.

13 yaşında qəza qurbanı olan Yusif oktyabrın 1-də vəfat etsə də, bir gün sonra dəfn olunub. Ona görə də onun 3 mərasimi sabah keçiriləcək. Bu gün həyətlərində hüzn məclisi təşkil edilməsə də, ailənin tanımadığı adamlar belə başsağlığı verməyə gəlirlər.

Yusifin atası Tahir Dadaşov fəhləlik etdiyini, 13 illik həsrətdən sonra dünyaya gələn övladını çətinliklə böyütdüyün deyir. Mərhum maddi çətinliklər gördüyü üçün oxumağa çox həvəsli olub və yaxşı işdə işləyərək valideynlərini bu problemlərdən xilas edəcəyini deyirmiş.

O, həm yaxşı musiqiçi, həm də idmançı olub. Karate üzrə rayon yarışlarında da yer tutub. Hərtərəfli istedada malik olan 13 yaşlı Yusif şeir yazıb və bununla bağlı müsabiqədə qalib olub. Qısa illər ərzində çoxlu nailiyyətlərə imza atan məktəbli belə demək olarsa, iddiasına qurban gedib...

Təxminən 20 gün öncə Yusifin əmisi xəstəlikdən vəfat edib və ailənin başı yasa qarışdığı üçün o, musiqi məktəbində əlavə hazırlığa gedə bilməyib. Binə Mədəniyyət Mərkəzi sintezator kursunda oxuyan mərhumun adını siyahıdan çıxarmağı təklif edib.

Bu isə Yusifə pis təsir edib və anasından təkidlə məhz həmin gün onu məktəbə aparmasını xahiş edib. Yusif bu musiqi diplomunu almağı çox istədiyini deyib. Anası qaynının yası ilə bağlı işləri çox olduğu üçün Yusifi məktəbə aparıb, amma geri özünün tək qayıtmasını istəyib.

Evdən birdəfəlik çıxdığını bilməyən Yusif həmin gün təkidlə getdiyi məktəbdən geri qayıda bilməyib...

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol