• $
  • €
  • ₽
  • ₺
  • £

Parlamentdə soyadlar məsələsi gərginlik yaratdı

Parlamentdə soyadlar məsələsi gərginlik yaratdı
05.10.2018 13:37
Millət vəkili Fərəc Quliyev soyad sonluqlarının məcburi şəkildə dəyişdirilməsini məqsədəuyğun sayıb.

Oxu.Az xəbər verir ki, millət vəkili bunu parlamentin növbəti plenar iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, keçmiş SSRİ dövründə, Stalinin hakimiyyəti zamanında Azərbaycan xalqına qarşı bu məsələdə də böyük haqsızlıq və ədalətsizlik edilib:

"İndi isə nə Stalin dövrü, nə 37-ci ildir. Biz müstəqil dövlətik və bu məsələdə məcburilik mütləq öz həllini tapmalıdır”.

Millət vəkili Aqil Abbas isə həmkarının təklifinə etiraz edib, bildirib ki, bu məsələdə könüllülük prinsipi olmalıdır:

"Kimisə məcbur etmək olmaz ki, sən belə elə. Məsələn, bizim şəcərəmizdə, kəndimizdə 5 mindən artıq insan Abbasov soyadı daşıyır. İndi onlara demək olmaz ki, gedin soyadınızı dəyişin…Bu, düzgün olmaz. Düzdür, mən soyad sonluğumu dəyişmişəm, çünki yazıçıyam, ona görə belə etmişəm, amma bunu hamıdan məcburi qaydada tələb etmək olmaz. Üzeyirbəy Hacıbəyovu biz həmişə Hacıbəyov kimi tanımışıq, indi onu Hacıbəyli kimi yazırlar, düzgün deyil”.

Məsələyə yarızarafat, yarıciddi toxunan spiker Oqtay Əsədov öz növbəsində belə deyib.

"Əli müəllim (komissiya sədri Əli Hüseynli nəzərdə tutulur), mən elə bildim ki, siz Fərəc müəllimə sual verəcəksiniz ki, sən özün niyə soyadını dəyişdirmirsən?!”
 Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə. Hüseynli də məsələyə toxunaraq, bildirib ki, indi yeni nəsil milli familiyaların fərqli sonluğundan ibarətdir:

"Burada heç bir problem yoxdur.  Köhnə nəsil isə öz soyadını dəyişdirmək istəyi onların öz seçimidir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol