• $
  • €
  • ₽
  • ₺
  • £

Lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilir

Lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilir
05.10.2018 19:46
"Lotereyalar haqqında" qanunda dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirə olunub.

Unikal.org-un verdiyi xəbərə görə, dəyişikliyə əsasən qanuna "Elektron lotereya” anlayışı əlavə olunub.

Elektron lotereya - lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsi ilə həyata keçirdiyi lotereyadır.

Həmçinin dəyişikliklə, lotereya iştirakçılarına yaş məhdudiyyəti tətbiq edilib. Belə ki, lotereya iştirakçısı 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən, lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibidir.

Digər dəyişikliyə əsasən, lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edir.

Lotereyanın şərtlərinə dəyişiklik edilməsinə razılıq verilməsi və yaxud bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Hazırda qüvvədə olan qanun aəsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 10 iş günü qalana qədər edilə bilər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol