Yunis Səfərovun məhkəməsi oldu

Oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qəsd etməkdə ittiham olunan Yunis Səfərovun şikayətinə baxılıb.
Yunis Səfərov işgəncələrdən və hüquqşünas Elçin Sadıqovun şəxsində vəkil müdafiəsindən məhrum edildiyindən şikayətlənib.
Amma apelyasiya instansiyası şikayəti təmin etməyib, Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
GoldNews.Az xəbər verir ki, bu barədə "Turan”a Bakı Apelyasiya Məhkəməsindəki mənbə bildirib.
Səfərov özü məhkəməyə aparılmayıb.
Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstə həbs edilib.
Sentyabrın 28-də baş prokuror Zakir Qaraşov sözügedən hadisələrlə bağlı 77 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, daha 11 nəfər barəsində axtarış elan edildiyini bildirib.
Sui-qəsd hadisəsindən sonra - iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün sabiq icra başçısını əməliyyat edib. Elmar Vəliyev sonrakı müalicəsini İsraildə alıb. Onun hazırda Azərbaycanda olduğu bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























