• $
  • €
  • ₽
  • ₺
  • £

"Oğlum arvadına görə mənə zülm verdi" - Sabiq deputat - VİDEO

"Oğlum arvadına görə mənə zülm verdi" - Sabiq deputat - VİDEO
05.10.2018 16:15
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl, Dərdini Danış" verilişində çıxış edən ananın fəryadı hər kəsi göz yaşına boğub. İlk olaraq verilişə dəvət olunan Xəyalə adlı xanım aylarla küçədə qalıb.

Unikal.org xəbər verir ki, keçmiş ərinin 4 arvadının olduğunu və bir arvadından olan qızı böyüdüb ərə verdiyini amma hər gün döyüldüyünü vurğulayıb. Onun sözlərinə görə 2 uşağını götürüb ata evinə yollansa da ailəsi daha dəqiq qardaşı Xəyaləni qəbul etməyib. Yalnız uşaqları internat evinə verdikdən sonra ata ocağında qala biləcəyini deyib. Xəyalə isə övladlarını götürərək Bakıya gəlib. Aylardı küçədə bəzən onun-bunun evində sığınan Xəyaləyə teleaparıcı Amil Xəlil dəstək olub. Aparıcı Binə qəsəbəsindən gələn bir zəng vasitəsi ilə onu axtarıb birbaşa studiyaya gətirib. Xəyalə tək istəyinin sığınacaq evi olduğunu desə də, Amil Xəlil onun atasını studiyaya dəvət edib:"Çətinliklə də olsa mən onun doğma atasını efirə gətirə bildim".

Daha sonra verilişdə iştirak edən 84 yaşlı ananın açıqlamaları isə hər kəsi qəhərləndirib. Rəfiqə xanım bildirib ki, uzun illər Kürdəmir rayonunda mühüm vəzifələrdə çalışıb. Keçmiş deputat olduğunu, xalq, millət üçün çalışdığını bildirib. Amma sən demə ananın oğlu son zamanlar ona sahib çıxmırmış. "oğlumu evləndirdim. Yanımda qaldı. Amma o məni arvadının ayağına verdi."

Daha sonra verilişə qoşulan oğulun sanki ananın dediklərini təsdiqləmək kimi çıxışı aparıcı ilə bərabər ekspertlərində hiddətinə səbəb olub... "Anam arvadımla yola getmirdi. Mən də çıxdım evdən"

Bu açıqlama Rəfiqə xanımı özündən çıxartdı. O oğluna halalıq vermədiyini birbaşa efirdən səsləndirib. "Səni 9 ay bətnimdə gəzdirmişəm. Yeməmişəm, yedizdirmişəm. Bu gün sənə haqqımı halal etmirəm"

Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik. Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 dan etibarən Space Tv-də Amil Xəlilin təqdimatında.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol