• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ Azərbaycanı Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə təmsil edib

ARGTMŞ Azərbaycanı Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə təmsil edib
03.11.2014 12:40
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “Azərbaycan Könüllük Xidməti” Proqramının iştirakçıları və üzv təşkilatlarının fəallarından ibarət nümayəndə heyəti Azərbaycanı Bolqarıstanda keçirilən “Könüllülük- Uğura Aparan Yol” adlı beynəlxalq tədbirdə təmsil edib. ARGTMŞ-nın tərəfdaşı olan Bolqarıstanın “Alternativ İnternational” təşkilatı tərəfindən “Erasmus Plus” Proqramı çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan ilə yanaşı Bolqarıstan, Gürcüstan, Makedoniya, Cexiya Respublikası və Rumınıya təmsil olunub.Tədbirin məqsədi tədbirdə təmsil olunan ölkələrin iştirakçıları arasında konüllülüklə bağlı təcrübə mübadiləsinin aparılması ve gənclərin könüllülük fəaliyyətinə cəlb olunması ilə məşğulluğunun artırılmasının yeni modellərinin formalaşdırılmasıdır. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.Tədbirdə könüllülük mövzusunda seminarlar, təlimlər və işçi qruplar təşkil olunub. İştirakçı ölkələrdə könüllülük və gənclərin məşğulluğunun artırılması sahəsində görülən işlər üçün təqdimat mərasimi həyata keçirilib. Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı həyata keçirilən işlərlə bağlı keçirilən təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və “Azərbaycan Könüllülük Xidməti” Proqramı bu sahədə uğurlu bir model kimi qəbul olunub. Azərbaycan həmçinin tədbirin son günündə keçirilən mədəniyyət gecəsində də uğurla təmsil olunub. Azərbaycanın qədim, milli rəqsləri, mətbəxi, musiqiləri və geyimləri, eləcə də Azərbaycanın cari inkişafını əks etdirən video-çarxlar iştirakçıların nəzərinə çatdırılıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol