• $
  • €
  • ₽
  • ₺
  • £

“Nazir olmaq istəmirdim, amma...” - Misir Mərdanov

“Nazir olmaq istəmirdim, amma...” - Misir Mərdanov
08.10.2018 16:13
"Keçmiş fəliyyətimlə bağlı ciddi mənfi fikirdə olanlar barmaqla sayılacaq qədərdir"

Anews.az xəbər verir ki, bunu Teleqraf.com-a müsahibəsində Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov deyib.

"Azərbaycanın təhsil tarixində ilk şəxsəm ki, rektor vəzifəsinə prezidentin sərəncamı ilə təyin olunmuşam. Mənə qədər rektoru ölkə rəhbərliyinin razılığı ilə nazir təyin edirdi. Maraqlıdır ki, mən rektor vəzifəsinə təyin olunduqdan 2 gün sonra Heydər Əliyev Gürcüstanın o vaxtki prezidenti Eduard Şevardnadze ilə birlikdə universitetə gəldi.

1998-ci ilin mart ayının 25-nə qədər universitetin rektoru vəzifəsində işlədim. O vaxt nazir vəzifəsi boş idi və cəmiyyətdə bununla bağlı mən də daxil olmaqla bir neçə nəfərin adı hallanırdı. Ancaq sözün düzü, mən özümün nazir olacağımı gözləmirdim və tutduğum vəzifədən çox razı idim, universitetin kollektivi mənə çox doğma idi. 1964-cü ildən 1998-ci ilə kimi bütün həyatım BDU-da keçmişdi. Elə oldu ki, məni prezident Heydər Əliyevin qəbuluna dəvət etdilər, geniş və ətraflı söhbətlər, tapşırıqlardan sonra o, məni təhsil naziri vəzifəsinə təyin etdi. Nazir olmaq istəmirdim, amma Heydər Əliyevə "yox” deyə bilmədim”. Yox, deyə bilməzdim axı. Əgər dövlətin başçısı, ali baş komandan tapşırıq verirsə, mən də bir əsgər kimi "yox” deyə bilməzdim. Dedi, belə bir fikrim var, təşəkkür edib söylədim ki, çalışaram etimadınızı doğruldum.

Heydər Əliyev ölkədə baş verən bütün məsələləri bilirdi. Çox şeylərdən danışdı, sovet təhsil sistemindən, xaricdə təhsildən, o vaxt ölkədə çoxlu özəl təhsil müəssisələri var idi, onlar barədə müzakirələr apardıq. Dedi, təəssüf ki, mənim yaratdığım qurum etimadımı doğrultmadı və səviyyəsiz ali məktəblər baş alıb gedir. Söylədi ki, əsas tapşırığım bu məsələni qaydaya salmaqla bağlıdır, müvafiq sərəncamla bu məsələni Təhsil Nazirliyinə həvalə etdi. İslahat komissiyası yaradıldı və mən sədr təyin olundum.

Heydər Əliyev dedi ki, mən 1969-1982-ci illərdə xaricdə təhsillə bağlı çox işlər görmüşəm, məni o tələbələrlə görüşdürə bilərsən? Dedim, əlbəttə, görüşdürərəm. Sonra Azərbaycan müəllimlərinin qurultayını keçirməyin vacibliyini bildirdi. Bir sözlə, çox mətləblərə toxunduq, görüşdən çıxandan sonra BDU-nun kollektivi ilə vidalaşmağa gəldim, ağlaşma görüşü oldu (gülür). Kollektiv də, mən də çox kövrəldik. Daha sonra nazirliyə keçdim.

Onu da deyim ki, daha əvvəl 3 il nazirlikdə işləməyimin mənə çox köməyi dəydi. Bəzi adamlar var ki, vəzifənin nə olduğunu başa düşmürlər. Vəzifəyə hazır olmaq, müəyyən pillələri keçmək, insanlarla ünsiyyət qurmağı bacarmaq lazımdır. Məsələn, kafedra müdirinə yüksək vəzifə versən, bacara bilməz. Hesab edirəm ki, vəzifəyə pillə-pillə yüksəlmək lazımdır. Sovet dövründə müəyyən pillələri keçməyən adama yüksək vəzifə verməzdilər. Gərək sən insanları, insanlar səni tanısın, beləliklə, münasibət qurulsun. Vəzifə o demək deyil ki, oturub komanda verəsən.

Ona görə də mənim 12 il böyük bir fakültənin dekan müavini, 3 il Təhsil Nazirliyində şöbə müdiri, nazir müavini olmağım sonradan nazir işləməyimə çox kömək oldu. Nazir təyin olunandan bir ay sonra Heydər Əliyev dediyi bütün sərəncamları verdi və biz də onun sərəncamlarına uyğun fəaliyyət göstərməyə başladıq".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol