• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısının adam öldürən oğlu ilə bağlı - Açıqlama

İcra başçısının adam öldürən oğlu ilə bağlı - Açıqlama
02.11.2014 19:00

Səbayıl rayon icra başçısı Asif Əsgərovun oğlunun adı keçən yol qəzası ilə bağlı cinayət işi qəhətə çıxıb. İlham Əsgərlinin sentyabrın 27-si, Türkan qəsəbəsi ərazisində törətdiyi qəzanın istintaqının harada aparıldığı müəmmalı olaraq qalır. 

“Qafqazinfo” xəbər verir ki,  hüquq-mühafizə orqanları cinayət işi materiallarının hansı idarədə olduğunu bilmirlər. Belə ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov analitik.az-a işin müvafiq prokurorluq orqanına göndərildiyini söyləyib.

Xəzər Rayon Prokurorluğundan isə deyilib ki, işlə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsi məşğul olur: 

“Bu ölüm hadisəsiylə bağlı cinayət işinin materialları prokurorluğa daxil olmayıb”.

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsindən isə zənglərə cavab verən olmayıb. Amma prokurorluğun işin polisdə, polisin isə prokurorluqda olduğunu deməsi ondan xəbər verir ki, cinayət işi yoxa çıxıb.

Qeyd edək ki, Qəbələ rayon sakini Əhliman Qəhrəmanovun idarə etdiyi "Hovo" və Bakı şəhər sakini İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı "Mersedes S Klass" markalı avtomobillərin toqquşması nəticəsində "Mersedes S Klass"da olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. Mərhum "MakDonalds"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, eyni zamanda, Bakının keçmiş baş memarı Elbəy Qasımzadənin nəvəsidir.

Məlumata görə, M.Mirzəyev övladının ölümünə səbəb olan qəzanın araşdırılması və günahkarın cəzalandırılması üçün səy göstərir. İcra başçısı isə müavini və qayını olan Yavər Allahverdiyevin piyadanı vurub öldürüb, işi sürücüsünün üzərinə qoyduğu kimi, oğlunun də qəzasını sürücünün boynuna biçməyə cəhd edir.

Qafqazinfo

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol