• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya liderlərinin azərbaycanlı dostları: aralarında fəhlə də var, milyonçu da... - FOTOLAR

Dünya liderlərinin azərbaycanlı dostları: aralarında fəhlə də var, milyonçu da... - FOTOLAR
08.10.2018 20:02
Sovetlər və müstəqillik dövrünün kəsişdiyi illəri görənlər yəqin yaxşı xatırlayar, o vaxtlar məşhur bir sual var idi: Uşaqlar valideynlərini "Ata, prezidentlər çörək yeyirmi” sorğusuna tutardılar. Dünya qayğılarından azad saf uşaqlara elə gəlirdi ki, hər hansı dövlətə rəhbərlik edən şəxslər digərlərindən təkcə rütbəcə deyil, həm də fiziki olaraq fərqlənirlər. 
Sovet İttifaqından söz düşmüşkən, heç də uzaq olmayan bu tarixdə milyonlarla insan fərqli dövlətlərdən olsalar da, bir bayraq altında olmaları onların yollarını kəsişdirir, aralarında dostluq münasibətləri yaradırdı. Bu gün də sovetdən qalma dostları olan, onlarla səmimi münasibət saxlayan minlərlə soydaşımız var.

Anews.az xəbər verir ki, azxeber.com digər dövlətlərdən olan şəxslərlə, daha doğrusu hazırda müxtəlif ölkələrə rəhbərlik edən dövlət və hökümət başçıları ilə dostluq münasibətləri olmuş soydaşlarımızla bağlı araşdırma aparıb.

"Forbes” jurnalının hesablamalarına görə, ortaqları ilə birgə Rusiyanın "əmlak kralı” statusunu qazanan iş adamı, professor İlham Rəhimov Rusiya prezidenti Vladimir Putinin qrup yoldaşıdır. 
 
 
Universitet illərində eyni qrupda oxuyan və gününün çoxunu birlikdə keçirən dostların tanışlığı hələ abituriyent olduğu dövrlərlə gedib çıxır. Ali məktəbə qəbul imtahanı zamanı bir otaqda imtahan verən Putin və Rəhimov eyni qrupda təhsil almağa başlayırlar. Onlar arasında çoxlu ortaq cəhətlər olur. Hər ikisi spirtli içki qəbul etmir, siqaret çəkmir və peşəkar idmanla məşğul olurlar. Bu cəhətlər onlar arasında doğmalıq münasibəti yaradır. Artıq 48 ildir dostluq edən Putin və Rəhimovun övladları da bir-birini tanıyır. 

Uzun illər Ədliyyə Nazirliyi yanında Ekspertiza İnsitunun direktoru işləyən İlham Rəhimovuyn sonuncu iş yeri Ali Diplomatiya Kollecində prorektor vəzifəsi olur. Günlərin birində İ.Rəhimovu "Lukoyl-Azərbaycan” şirkətində işə dəvət edirlər. Görüş zamanı bildirirlər ki, bununla bağlı tapşırıq dostu Vladimir Putindən gəlib. Ona görə şirkətdə indiyə qədər mövcud olmayan təsisat – Hüquq Departamenti yaradılır və professor Rəhimov buraya rəhbər təyin edilir. 

Ardınca İ.Rəhimovun mərhum həyat yoldaşı ağır xəstəliyə düçar olur və onu müalicə məqsədilə Moskvaya aparırlar. Ömür-gün yoldaşının qayğıları ilə məşğul olan professor burada vaxtı ilə Azərbaycanda dostluq etdiyi Sem Nisanovun biznesmen oğlu Qod və ortağı Zaraxla tanış olur. Bu tanışlıq onlar arasında işgüzar əlaqələr yaradır. İlham Rəhimov Rusiya rəhbərliyi ilə münasibətlərindən "təsir rıçağı” kimi istifadə edir və onlar arasında ortaqlıq bu gün də davam edir. Hər üç ortğın adı "Forbes”in milyarderlər siyahısında keçir.

Cəbrayıl rayonundan olan məcburi köçkün Akif HüseynovunTürkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovladostluq münasibətləri olub.



Türkmənistan Dövlət Tibb Institutunda oxuduğu illərdə tanış olan dostlar arasında münasibətlərin əsasını həmin insitutun kafedra müdiri Qurban Paşayev qoyur. Sonradan Q.Paşayev həmin insitutun rektoru təyin edilir. Səmərqənd Milis Məktəbinin məzunu kimi həmin insitutda ictimai asayişin mühafizəsinə rəhbərlik edən Akif Hüseynovla gələcək prezident arasında dostluq münasibələri yaranır. 

O zamanlar insitutun Stomatologiya fakültəsində çalışan Q. Berdımuhəmmədovun azərbaycanlı dostunun dediyinə görə, Türkmənistan rəhbəri ciddi və eyni zamanda səmimi insan idi: "Üzərinə düşən vəzifəni sonadək yerinə yetirməyi sevərdi. İctimai əsaslarla bizə yardımçı olduğu vaxtlarda, fəallığı ilə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənməyi bacarırdı. Onu başqalarından fərqləndirən xüsusiyyəti, hamıyla dil tapması idi”.

Bu dostluğu da dərinləşdirən amil hər ikisinin idmana marağı olub. Onlar birlikdə idman dərslərinə gediblər. Hazırda onların birgə dostluq etdiyi şəxslərin çoxu Türkmənistanda yüksək vəzifə daşıyır, Daxili İşlər, Müdafiə nazirliklərində çalışırlar. Q.Berdımuhəmmədov bacısının, oğlunun kiçik toylarında qonaqları qarşılamağı azərbaycanlı dostuna – Akif Hüseynova tapşırıb.

Ukrayna Ali Radasının deputatı Roman Nəsirovla Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili arasında dostluq münasibətləri var. Bu münasibətlər Saakaşvilinin Odessaya rəhbərlik etdiyi dövrə təsadüf edir. 

Onların arasında birgə fəaliyyət də olub. Belə ki, hər iki qafqazlı Odessa gömrüyündə birgə islahat layihəsi hazırlayıblar. 100 gün ərzində həyata keçirilən bu layihə gömrükdə rüşvəti tamamilə aradan qaldırmağı nəzərdə tuturdu. 

Ukraynanın 14-cü Baş naziri Yuliya Timoşenkonun əri azərbaycanlı olub. Rabil Qurbanov adlı bu şəxs Timoşenko ilə bir neçə il rəsmi nikahda olub.


Əslən Lerik rayonundan olan R.Qurbanov Bakıdakı tikinti şirkətlərindən birində fəhlə çalışır. Deyilənə görə, Timoşenko Bakıya səfər edərkən onunla görüşmək istəsə də, bu istəyinə nail olmayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol