• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alim ölümsüzlüyün sirrini tapdı - VİDEO

Azərbaycanlı alim ölümsüzlüyün sirrini tapdı - VİDEO
28.05.2020 22:35

Azərbaycanlı alim, Nyu-York Akademiyasının həqiqi üzvü Eldar Qasımov elmdə inqilabi kəşf etdiyini iddia edir. 

 Moskvada yaşayan azərbaycanlı alim hüceyrədə baş verən ATF-in əmələgəlmə prosesinin elmə məlum olduğu formada deyil fərqli şəkildə baş verdiyini deyir. Onun sözlərinə görə, onun kəşf elədiyi prosesi tətbiq edərək gələcəkdə insan orqanizmində yaranan müxtəlif xəstəliklərin dərmanının tapılması yolunda irəliləyiş əldə etmək mümkündür. 

Biofizik alim hüceyrədə ATF-in yaranmasının fərqli formasını tətbiq edərək insan ömrünü uzatmağı və insanın daim cavan saxlamasına nail olmağın mümkün olduğunu deyir. 

Qasımov Eldar Əliş oğlu 5 iyun 1960-ci ildə Azərbaycan SSR-nin Gədəbəy rayonunun Orconikidze (indiki Nəriman) kəndində anadan olub. Atası Qasımov Əliş Məhəmməd oğlu dəmirçi, anası Qasımova (Məmmədova) Qızxanım Oruc qızı kolxozçu olub. 1967- 1977-ci illərdə Orconikidze kənd orta məktəbində oxuyub. 1977-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olub. 1980-ci ildə Leninqrad Dövlət Universitetinə köçürülüb və buranı 1983-ci ildə bitirib. 1983-cü ildən 1984-cü ilə kimi Azərbaycan SSR-nin Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1984-cü ildən 1985-ci ilə kimi SSR-nin Kimya Fizika İnstitutunda təcrübə keçib. 1985-ci ildə SSR-nin EA-nın KFİ-da V. İ. Qoldan Akademiyasının biofizika fakültəsinin aspiranturasına qəbul olub. 1988-ci ildə RNT-nin strukturu və funksiyası üzrə dissertasiyanı təqdim edib. 1991-ci ildə isə MDU dissertasiya Şurasında bioloji elmlər üzrə alimlik dərəcəsi üzrə namizədlik dissertasiyamı müdafiə edib.

1989-cu ildən 1997-ci ilə kimi SSR EA-nın Bitkilərin Fiziologiyası İnstitutunda (BFİ) mitoxondranın strukturu və funksiyası ilə bağlı problem üzərində çalışıb. 1997-ci ildən indiyə kimi OOO “DİS” TE və “KORVET” elmi-istehsalat mərkəzinin rəhbəridir. 60-dan çox elmi kitabın və ATF elektronlarının mexano-xemiosmotik köçürülmə əlaqəsi və sintezinin müəllifidir.

Ailəlidir, iki övladı var. Həyat yoldaşı Qasumova İrina Viktorovna bioloqdur. Oğlu Qasımov Ruslan veterinar həkimdir, qızı Qasımova Viktoriya hüquqşünasdır.

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol