• $
  • €
  • ₽
  • ₺
  • £

Xərçəngə tutulan azərbaycanlı teleaparıcı xəstəliyindən danışdı

Xərçəngə tutulan azərbaycanlı teleaparıcı xəstəliyindən danışdı
02.11.2014 15:04

Zümrüd Qasımova “Zərif qəhrəman”ın qonağı olub. 

“Allah məni elə bir sınaqdan keçirib ki, güclü insan olduğuma özüm də şahid oldum” deyən Z. Qasımova bir zaman efirlərdən yoxa çıxdı. Sevənlərini həyəcan içində qoyan teleaparıcı və aktrisa sözün əsl mənasında canı ilə əlləşirmiş. Xərçəng xəstəliyinə düçar olan Zümrüd o günləri belə xatırlayır:

“Hər kəs məni “Gecə yarısı” verilişi ilə tanıdı. O verilişdə açıq-saçıq geyimlər geyinirdim. Gecənin bir yarısı erotik danışan bir xanım idim. Cəlb etməyi xoşlayırdım. Amma elə bir məqam gəldi ki, mən daha ağır verilişlər aparmağa başladım. O vaxt qohumlarım irad tutsa da, sonradan mənə “Səninlə fəxr edirik”  dedilər. Hər dəfə deyirəm ki, əgər o günlər olmasaydı, bugün mən olmazdım.

28 yaşımda yeni həyat qurmuşdum. Övlad sahibi olmaq istəyiirdim sonra  belə bir xəstəliklə üz-üzə qaldım. Və mənə dedilər ki, hər şey bitdi. Həyatda ən nifrət etdiyim xəstəlik-döş xərəçəngi məni tapdı. Bu xəstəlik bizdə nəsillikcə vardı. Xəstəliyim mənim səhvlərimin cəzasıdır ki, ayılam hər şeyin fərqinə varam. 4 ildir bu hadisədən ötür. “

Aktrisanın səhhəti dediyinə görə normaldır. Zümrüd o  günləri yalnız ağrı-acılarla deyil, dərs çəxaran güclü bir qadın kimi xatırlayır. Ona bu gücü aşılayan səbəb isə dünyanı fəth etməyə qadir sevgi olub.

“O xəstəlik bir çevriliş idi. Kimyaterapiyada hər zaman anam yanımda olurdu. Mən 28 il anamı hiss etməmişəm. Ancaq özüm üçün yaşamışam. Həyatımda ilk dəfə payızın iyini hiss etməyə başlamışam.

Məni yaşadan sevdiyim insan oldu. Həyat yoldaşım başımda tük olmayanda, rəngim-rufum solanda belə məni qısqanırdı. Bundan gözəl nə ola bilərdi ki?

Hər şeyi atdamaq üçün birinci inanmaq lazımdır ki, sən qalib gələ bilərsən. Və ən əsası da sevdiyin insanlar səninlə birlikdə olmalıdır. Öyrəndim ki, özündən başqa hər şey yalandır.

Oxu.az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol