• $
  • €
  • ₽
  • ₺
  • £

Lotereyalara maraq azalıb - ARAŞDIRMA

Lotereyalara maraq azalıb - ARAŞDIRMA
10.10.2018 21:46
Əziyyətsiz qazanc əldə etmək, bir sürprizlə bütün həyatını dəyişmək hər kəsin arzusu və xəyalıdır. Bir ümidlə arabir bilet alıb bəxtini sınayanlar da var, nə vaxtsa qazanacağına inanıb son qəpiklərini lotereyaya verənlər də. 

Maraqlıdır, hazırda lotereya bazarında vəziyyət necədir?

Baku TV-nin əməkdaşları mövzunu araşdırmaq üçün paytaxtın mərkəzi küçələrində lotereya satışı ilə məşğul olan satıcılara üz tutub.

Satıcılar bildiriblər ki, əvvəllər lotereya həvəskarları daha çox idi, indi isə maraq azalıb. 

Öz növbəsində İqtisadçı ekspert Vüqar Bayramov qeyd edib ki, 2017-ci ilin yekununa olan statistikaya əsasən, lotereya biletlərinin satışından əldə edilən gəlirlərdə azalmalar qeydə alınıb:

"Əgər 2016-cı ildə 29 milyon bilet satılmışdısa, həmin bilet satışından 33 milyondan artıq gəlir əldə edilib. 2017-ci ildə isə bu rəqəm 26 milyon manata qədər azalıb.”

İqtisadçı bilet satışının azalmasının səbəbini lotereyaya marağın və inamın azalması ilə əlaqələndirib. 

"Azərlotereya” tərəfindən daha innovativ metodların istifadə olunması, xüsusən də mükafat fondunun meyarlarının təkmilləşdirilməsi və yenilənməsinə ehtiyac var”.

Vüqar Bayramov qeyd edib ki, lotereya oyunlarında şəffaflığın təmin olunması zəruridir: 

"Lotereya oyunları hansısa bir şirkətin daha çox gəlir əldə etməsinə yox, vətəndaşların müəyyən hissəsinin varlanmasına və bu stimulun qorunmasına xidmət etməlidir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol