• $
  • €
  • ₽
  • ₺
  • £

Bir bakılının gözündə: Moskva və moskvalılar - FOTOLAR

Bir bakılının gözündə: Moskva və moskvalılar - FOTOLAR
01.11.2014 20:16
Hər şey dəyişir, elə özümüz də. Ələxsus, paytaxtların siması sürətlə dəyişir, axı əsas pul kütləsi bu şəhərlərdə cəmləşir.Sonuncu dəfə Moskvada təxminən 10 il əvvəl olmuşdum, onda bu şəhər məndə kədərli təəssürat oyatmışdı. Şəhər sovet şəhərsalma mirasının sayəsində mövcud idi. Heç bir yenilik yox idi, kasıblar, yoxsullar, sərxoşlar çox idi, moskvalılar qəzəbli, milisionerlər isə qaşqabaqlı idi. Bir gün ərzində mənim sənədlərimi iki milis patrulu yoxlamışdı o vaxt - bu, məni xüsusilə məyus etmişdi. Sonra Moskva mənim üçün yeltsinizm və putinizmlə, eləcə də onların alçaqcasına erməniyönümlü siyasəti ilə assosiasiya olunmağa başladı. Ən yeni tarixdə isə Gürcüstana və Ukraynaya qarşı təcavüz... Mən ötən bazar günü məhz bu təəssüratlarla Moskvaya uçurdum. İndiki Moskva haqqındaBudəfəki səfərim zamanı ilk təəssüratım ondan ibarətdir ki, Moskva irəli gedib və Bakıdan bütün cəhətlərinə görə irəlidədir. Əlbəttə, tikinti sarıdan bizdə bolluqdur. Moskvanın bütün təyyarə vağzalları ən yaxın dəmir yolu vağzalları və aeroekspress adlandırılan xüsusi qatarları olan metro stansiyaları ilə bağlıdır. Çox rahatdır. Qatarlar saatda 100 km sürətlə hərəkət edirlər, rahatdırlar və müasirdilər. Bilet təxminən 10 dollar dəyərindədir. Əgər yadınızdadırsa, bizim metropolitenin keçmiş başçısı Tağı Əhmədov aydın şəkildə demişdi ki, aeroporta qədər metro xətti tikilməyəcək. Bundan yalnız sərnişinləri aldadan və aeroportun binasından çıxan vətəndaşlara iyrənc formada dəyib-dolaşan taksi şoferləri qazanırlar. Bu qədər sürücünün sərnişinlərə sataşmasını gördükdə bizim millətimizə adamın yazığı gəlir. Rusiya paytaxtında velosipedlərin icarəsi üçün avtomatik məntəqələr qurulub. Amma küçələrdə velosipedçilər yoxdur. Düşünürəm ki, onlar avtomobil yollarındadırlar, Moskvada sadəcə qeyri-mümkündür, çünki velosiped yolları yoxdur, avtomobillər isə sürətlə şütüyürlər. Bakıda da eyni problem var. Velosiped yolları olmadan Bakı yollarında hərəkət həyat üçün təhlükəlidir. Moskva küçələrində əksəriyyəti yapon və alman istehsalı olan avtomobillər şütüyür. "Şkoda" avtomobillərini sevirlər, "fransız" və "koreya" avtomobilləri çox da deyil. Rusiya avtomobilləri, demək olar ki yoxdur, əgər varsa da bu, əyalətlərdən gələnlərin avtomobilləridir. Moskvada "Mersedes"lər ümjujmiyyətlə, yoxdur, hətta bunun belə olması çox qəribədir. Bakıda Koreya və Rusiya avtomobilləri çox sevimlidir, köhnə "çeşka"lar isə sadəcə bezdiricidir. Bu, heç də azərbaycanlıların avtomobil zövqünün yüksək olmasından və maddi imkanlarının geniş olmasından xəbər vermir.  Moskvada Mərkəzi Asiya ölkələrindən olan vətəndaşların və gəlmələrin bolluğu diqqət çəkir. Onlar küçələri, mehmanxana otaqlarını təmizləyirlər, xidmət sahəsində çalışırlar.Kamal ƏliANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol