• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəbliləri "orqan mafiyası" qaçırdır?

Bakıda məktəbliləri "orqan mafiyası" qaçırdır?
10.10.2018 22:37


Sosial şəbəkələrdə Hövsanda və şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar yayılıb
Son günlərdə paytaxt Bakıda, o cümlədən Şimal regionunda uşaq oğrularının meyda olması haqqında müxtəlif məlumatlar yayılıb. Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar paylaşılır. İddia olunur ki, guya uşaqlar "orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb. 
İstiPress-in Şimal bürosunun məlumatına görə, bu məlumat əhali arasında ciddi narahatalığa səbəb olub. Regionda yayılan məlumatlarda qeyd edilir ki, Bakının Yasamal və Nərimanov rayonlarında bir rus qadın 6 uşağı oğurlayıb. Bənzər hadisə Xaçmazda da qeydə alınıb.
İstiPress-in sorğusuna cavab olaraq Qusar polis şöbəsindən bildirilib ki, bu şayiədən başqa heç nə deyil. "Qusarda heç bir uşaq oğurluğundan söhbət gedə bilməz. Bu əsassız və həqiqətə qəti uyğun olmayan məlumatlardır. Polis şöbəsinə uşaq oğurluğuna cəhdlə bağlı hər hansı məlumat daxil olmayıb".
Valideynlərə bu yalan məlumatlara əhəmiyyət verməmək tövsiyyə edilib. 
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların "orqan mafiyası” tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib.
İstiPress-in məlumatına görə, nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "report”un sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib:
"Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Bakının Hövsan qəsəbəsində və respublikanın şimal bölgəsində məktəbli uşaqların qaçırılması ilə bağlı məlumatlar yayılıb. İddia olunur ki, guya uşaqlar "orqan mafiyası”nın üzvləri tərəfindən oğurlanıb.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol