• $
  • €
  • ₽
  • ₺
  • £

Polislərimizdən film kimi əməliyyat - FOTOLAR

Polislərimizdən film kimi əməliyyat - FOTOLAR
01.11.2014 14:28
ANN.Az xəbər verir ki, Azərbaycanda evində narkotik maddələr bişirən şəxs saxlanıldı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Lənkəran şəhər rayon Polis Şöbəsinə rayonun Göyşaban kəndindəki evlərdən birində tiryəkxana saxlanması barədə məlumat daxil olub.

Əməliyyat axtarış tədbirləri nəticəsində həmin kəndin sakini, 44 yaşlı Səlim Ağayev yaşadığı evdə yaxalanıb.

Əməliyyat zamanı həmçinin onun evinə gəlmiş müştərilər – 27 yaşlı Hikmət Ağayev və 40 yaşlı Sevinc Dadaşova da saxlanılıblar.

Evə baxış zamanı 700 qram heroin, 600 qram tiryək, ümumi çəkisi 200 qramdan çox olan 12 kibrit qutusuna qablaşdırılmış marixuana, narkotik maddə hazırlamaq və inyeksiya yolu ilə qəbul etmək üçün lazım olan vasitələr, şprislər, psixatrop tərkibli dərman preparatları, 2 ədəd beşbarmaq, 1 ədəd elektron tərəzi, xeyli sayda mobil telefon, qızıl zinət əşyaları, 4 ədəd bıçaq, 4 ədəd xəncər və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Səlim Ağayev ilkin ifadəsində bildirib ki, narkotik maddələrin kütləvi satışı ilə xeyli müddətdir ki, məşğuldur. O, qeyd edib ki, narkotik maddələri İran İslam Respublikasından ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirib. Araşdırmalarla o da müəyyən edilib ki, Səlim Ağayevin evinə gələn müştərilər narkotik maddələri alaraq elə oradaca qəbul edirmiş. Səlim Ağayev, həmçinin saxlanılan digər şəxslər ifadələrində bildiriblər ki, polis əməkdaşlarının onları yaxalayacağından qorxaraq bu işlə kənarda məşğul olmayıblar. Ələ keçməmək üçün narkotik tərkibli maddələr evdə bişirilib hazırlanıb, elə orda da inyeksiya yolu ilə qəbul edilib.İstintaq zamanı daha sonra müəyyən edilib ki, Səlim Ağayev pulu olmayan müştərilərə narkotik maddələri girov almaq şərti ilə də verib. Belə ki, bəzi müştərilər mobil telefonlarını, şəxsiyyət vəsiqələrini, digər qiymətli əşyalarını və bəzən də evlərindən oğurlayaraq gətirdikləri bahalı malları Səlim Ağayevin evində girov qoyaraq narkotik maddə alıblar.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol