Efirdə İlham Mirzəyevin halı pisləşdi

ATV-nin efirində tanınmış aparıcı İlham Mirzəyevin halı pisləşib.
BAKU.WS xəbər verir ki, "Bizimləsən" proqramında ekspert qismində iştirak edən Mirzəyev azyaşlı oğlanın dərdinə biganə qala bilməyib.
O, anası və atalığı tərəfindən fiziki və mənəvi təzyiqlərə, daha doğrusu işgəncələrə məruz qalan uşağın yaşadıqlarını eşidərkən dəhşətə gəlib. Ayağa qalxaraq uşağın yanında oturub və onu qucaqlayaraq göz yaşları axıdıb.
Emosiyalarını gizlədə bilməyən İlham bəy uzun müddət sakitləşməyib.
Onun həssaslığı tamaşaçıları da kövrəldib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























