• $
  • €
  • ₽
  • ₺
  • £

Rəisi şantaj edib 220 min manat alan iş adamı həbs olundu

Rəisi şantaj edib 220 min manat alan iş adamı həbs olundu
13.10.2018 10:18

Səbail Rayon Məhkəməsində Daxili İşlər Nazirıiyi Baş İstintaq və Təhqiqat İdarəsinin təqdimatı əsasında Salyan rayon sakini, iş adamı, hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda şübhəli bilinən Cabbarov Elşən Mürsəl oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib və o, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.


Virtualaz.org xəbər verir ki, Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.


Elşən Cabbarov Bulat Ağabəyovun "hərəkətlərini” gizli kamera ilə lentə alaraq onu yayıb biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinir. Eyni zamanda E.Cabbarov onu ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azərlə isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib. Beləliklə, Elşən Cabbarov Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.3.2) və dələduzluq (178.3.2) maddələri ilə ağır cinayət törətməkdə ittiham olunur.


Bundan başqa, E.Cabbarovun Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilindiyi deyilir.


Qeyd edək ki, Elşən Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılırdı.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol