• $
  • €
  • ₽
  • ₺
  • £

“Vəziyyət çox gərgindir...” - Abutalıbov

“Vəziyyət çox gərgindir...” - Abutalıbov
13.10.2018 11:47



Hazırda Badamdarda sürüşmə baş verən əraziyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Baş nazirin müavini Hacıbala Abutalıbov gəlib.

"Qafqazinfo" xəbər verir ki,  hər iki vəzifəli şəxs jurnalistlərə açıqlama verib. 

***
Hacıbala Abutalıbov açıqlamasında qeyd edib ki, bu ərazidə tikilən evlər qanunsuzdur:

"Yolun aşağısında restoran da sürüşür, onun fəaliyyəti dayandırılıb, çayxana da təhlükəli yerdədir. Bir ev də qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Vəziyyət çox gərgindir. 

Bu gün səhər saat 9-dan sürüşmə artıb və davam edir. Köçürülən 11 ailə öz qohumlarının evlərinə gediblər. Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, hamısı söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir. Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur".

H. Abutalıbovun sözlərinə görə, ən böyük bəla ondadır ki, buradakı və sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur. Yeraltı su ötən ilə nisbətən 18 metr yuxarı qalxıb. Halbuki 6 nasos gecə gündüz bu ərazidə işləyir: "Sürüşmə zonasının altında 4-6 metr dərinlikdə çuxurlar yaranıb. 32 metrlik svaylar vurulub, amma sürüşmə 42 metr dərinlikdə aktivdir. Hazırda bura heç bir müdaxilə mümkün deyil. Yolun aşağısındakı digər evlərə rəsmi xəbərdarlıq edilib, lakin rəyə görə onları hər hansı təhlükə gözləmir. Sürüşmənin səbəbi sudur, əsas isə kanalizasiya sularıdır. Hazırda ən təhlükəli vəziyyətdə olan yuxarıda 11 ev, aşağıda restoran, çayxana və 1 evdir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol