• $
  • €
  • ₽
  • ₺
  • £

17 bağça cəzalandırıldı - SƏBƏB

17 bağça cəzalandırıldı - SƏBƏB
01.11.2014 11:04
“Təhsil müəssisələrinin bufetlərində saqqız, cipsi, qazlaşdırılmış içkilər, ümumilikdə 32-dək məhsulun satışına qadağa qoyulub”. Bu barədə AzNews.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib. O bildirib ki, ötən tədris ilində bununla bağlı çoxlu problemlər olsa da bu dərs ilində belə hallar aşkarlanmayıb. Komitə sözçüsü onu da qeyd edib ki, 2013-2014-cü ilin 9 ayı ərzində 17 bağçada ciddi nöqsanlar aşkarlanıb. Bu bağçalarla bağlı qərarlar qəbul olunub və müvafiq instansiyalara göndərilib: “Bundan başqa 70 bağçada monitorinq aparılıb. Yoxlamalar zamanı hər bir bağçada irili-xırdalı nöqsanlar aşkarlanıb. Həmin bağçalarla bağlı iradlar bildirilib. Bağçalar artıq nöqsanları aradan qaldırıb. Tədris müəssisələri keçən ilkin problemləri nəzərə alıb bu il həmin problemləri aradan qaldırıblar. Ötən il bu standartın tələbləri yeni tətbiq olunduğundan heç bir məktəb buna hazır deyildi. Amma bu gün 99% məktəblər təmir olunub, avadanlıqlarla təchiz olunub. Bu sahə ilə məşğul olan müvafiq şirkətlər yaranıb. Onlar da keyfiyyətli məhsullar təqdim edirlər. Təbii ki, demək olmaz ki, bu 100% düzəlib. Hər hansı təhsil müəssisəsində oxuyan şagirdə hər hansı narahatlıq olarsa və o müəssisədə qazlı içkinin, çipsinin, kremli tortların satışı aşkar olunarsa, bizə müraciət etsinlər və biz həmin müəssisədə yoxlamalar aparaq”, - deyə Fazil Talıblı bildirib.

Xatırladaq ki, bir müddət əvvəl təhsil müəssisələrinin bufetlərində saqqız, cipsi, qazlaşdırılmış içkilər, ümumilikdə 32-dək məhsulun satışına qadağa qoyulub.

Qidalanma üzrə dövlət standartına əməl etməyən təhsil müəssisələrinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən cəzalandırılacağı da deyilib. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol