• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib

Kapital Bank beynəlxalq tədbirdə iştirak edib
15.10.2018 11:36
Kapital Bank  ötən həftə İndoneziyanın Bali adasının cənubunda yerləşən Nusa Dua bölgəsində keçirilən Beynəlxalq Valyuta Fondunun (IMF) və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib. Tədbirdə Kapital Bank-ı İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov təmsil edib. 

Builki tədbir zamanı dünya iqtisadiyyatının və qlobal maliyyə sisteminin perspektivləri, eləcə də yeni monetar siyasəti və qlobal ticarət, aparıcı texnologiyalar və iqtisadiyyatın inklüziv inkişafı, maliyyə texnologiyaları və rəqəmsallaşma dövründə vergilər, yoxsulluğun və korrupsiyanın aradan qaldırılması, insan kapitalının rolu ilə bağlı məsələlər müzakirə olundu.

"Artıq bir neçə ildir ki, Kapital Bank beynəlxalq tədbirlərdə fəal təmsil olunur və dünyanın bir sıra təşkilatları ilə əməkdaşlıq edir. Bu il İndoneziyada keçirilən tədbir zamanı da bir sıra maraqlı görüşlərimiz və tanışlıqlarımız oldu. Xarici təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Növbəti həftə həmçinin ənənəvi SIBOS sərgisində iştirak edəcəyik. Builki iştirakımız əvvəlki illərlə müqayisədə daha fəal və fərqli olacaq”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol