• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı sakinləri internetin sürətindən narazıdırlar - VİDEO

Bakı sakinləri internetin sürətindən narazıdırlar - VİDEO
15.10.2018 13:18
Gündəlik həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil, desək, yanılmarıq. Hər birimiz istər evdə, istərsə də ofislərdə ölkədə fəaliyyət göstərən müxtəlif internet provayderlərindən istifadə edirik. Bəs bu provayderlərin sürətindən, müştəriyə xidmət səviyyəsindən razıyıqmı?

Bir neçə gün öncə sosial şəbəkələrdə müxtəlif internet provayderlərindən istifadənin mümkün olmaması ilə bağlı kütləvi statuslar paylaşılmışdı. Daha çox adıçəkilən provayderlərdən biri də  "KATV" idi.

Şirkət rəsmisi məsələyə aydınlıq gətirmək üçün Baku TV-yə bildirib ki, gözlənilməz qəza nəticəsində xətlərdə problem yaranıb. Hadisə zamanı gələn zənglərin sayı çox olduğundan müştərilərin sualları cavabsız qalıb.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ölkənin milli rabitə operatoru olan "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətin kommersiya departamentinin direktoru Elçin Cabbarov isə müştəri məmnuniyyəti üçün internetlə bağlı istənilən problemi anında həll etdiklərini qeyd edib.

Daha çox şikayətin daxil olduğu "Azəronline" internet provayderinin xidmət səviyyəsi ilə maraqlanmaq istəsək də, suallarımıza cavab verən tapılmadı. 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol