• $
  • €
  • ₽
  • ₺
  • £

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur
15.10.2018 13:33
2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə davam edir, xırda uçqunlar başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O qeyd edib ki, hər 4 saatdan bir ərazidə monitorinq aparılır: "Dinamikanı nəzarətdə saxlamaq üçün ərazinin üst hissəsindəki evlərin hasarlarına qoyulan gips mayaklarda dəyişiklik, gərginlik hiss olunmur”.

Ə.Qaralovun sözlərinə görə, ərazidəki 8 fərdi evdə yaşayanlar oradan köçürülüb: "Həyətlərdə gözətçilər evləri qoruyur. Həyətlərinə girmək mümkün olan evlərə baxış keçirdik, ciddi dəyişiklik olmasa da, gərginlik qalır. Ərazi aktiv fazadadır”.

Nazirlik rəsmisi qeyd edib ki, yağıntı baş verərsə, ciddi problem yarana bilər: "Əsas insan amilidir, amma yağıntı olarsa, təhlükənin miqyası arta bilər”.

Qeyd edək ki, əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.

Səbail Rayon İcra Hakimiyyətindən modern.az-a verilən məlumata görə, həmin evlərin 8-idə villadır: "Ərazidə 11 fərdi ev olsa da, 8-də yaşayış vardı. Ailələr müvəqqəti olaraq, digər ərazilərdə yerləşən evlərinə köçüblər. Evlərini isə gözətçiləri qoruyur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol